Xocalı qan yaddaşımızdır.

Xətai rayonu 27 saylı tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının 25-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” ədəbi-bədii gecə keçirilib.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Cəmilə Ramazanova açaraq Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, bildirib ki, o gecə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Tədbirdə Xocalı soyqırımında yaralı və şəhidləri çıxaran zaman özü də itkin düşmüş,Milli Qəhrəman,27 saylı məktəbin məzunu Hikmət Nəzərlinin də ailə üzvləri iştirak edirdi. Daha sonra faciə haqqında Din tarixi institutunun əməkdaşlarının da məruzələri dinlənilib. 6 sinif şagirdlərinin sinif rəhbəri Rəna Zamanova ilə birlikdə hazırladıqları “Xocalı faciəsi” adlı kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Xocalı soyqırımına aid videolent də nümayiş olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi