Bu gün Ulu Öndərimiz Heydər Əliyev cənablarının doğum gününü qürurla anırıq!

2004-cü ildə "Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis çap olunmuş "Ürəklərdə ucalan abidə" kitabında yer almış şeirimi sizinlə bölüşmək istəyirəm! Mən bu şeiri həmin ildə işlədiyim AMEA Fizika İnstitutunun alimləri adından Ulu Öndərimizin şərəfinə ərməğan etmişəm.
Azərbaycana
On il öncə yenidən rəhbər gəldi,
Heydər Əlirza oğlu Azərbaycana.
Çətinliyə mərdliklə sinə gərdi,
Ömrünü həsr etdi Azərbaycana!
Atəşkəs yaradıb öz hünəriylə,
Son qoydu tökülən o,
nahaq qana.
Sevdirib özünü əməlləriylə,
Pənah, dayaq durdu Azərbaycana!
Vətən göylərində gəzib-dolaşan,
Qara bulud dinclik vermədi ona.
Aydınlıq gətirib asimanına,
Sevinc bəxş eylədi Azərbaycana!
Yenidən ölkəyə seçildi rəhbər,
Diz çöküb, and içdi əziz Qurana!
İndi adı olub dillərdə əzbər,
Özü bir yaraşıq Azərbaycana!
Mənəvi yüksəliş həyat deməkdir,
Savadı, biliyi tacdır insana!
Heydər baba, minnətdarıq biz sana,
"Dünyanı" gətirdin Azərbaycana!ojkkş
Alimlər qədrini bilən babamız,
Millətin talehi bağlıdır sana.
Təbrik eyləyirik, əziz babamız,
Həmişə dayaqsan Azərbaycana!
Ehtiramla: Xatirə Cəfərova
Xətai rayonu, 27 saylı tam orta məktəbin müəllimi.