“Dünya bizim evimizdir” adlı intellektual yarış

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya bizim evimizdir” adlı intellektual yarış təşkil edildi. Yarışda məktəbin səkkizinci sinifləri müxtəlif komandalar tərkibində öz dünyagörüşlərini və intellektual zəkalarını müxtəlif fənlər üzrə sınamış oldular. Bilik yarışı tarixi-mədəni və mənəvi əhəmiyyətli məzmunu, əyləncəli formatı ilə məktəblilərin marağına, əylənərək öyrənməsinə səbəb oldu. Səkkizincilər gərgin rəqabət mühitində ən qısa zamanda ən çox düzgün cavabla həmyaşıdlarını geridə qoymağa çalışırdılar. Yarışın yekununda yüksək bilik və dünyagörüşü nümayiş etdirməklə 8 A sinif şagirdləri I yerə layiq oldular. Digər şagirdlərdən bilik və intellekt cəhətdən heç də geri qalmayan 8 B sinif şagirdləri II , 8 C şagirdləri isə  III yerin sahibi oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi