Buraxılış imtahanının statistik təhlili

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən məktəbin 9-cu sinif şagirdlərinin Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının statistik təhlilləri aparılmışdır. Şagirdlərin inkişaf dinamikası izlənmiş və nəticələrin əsasında builki tədris ili və növbəti təhsil səviyyəsi üçün inkişaf istiqamətləri müəyyən olunmuşdur.

Təhlillər nəticəsində məktəbin rəhbərliyi tərəfindən hər fənn üzrə 100 ballıq qiymət şkalası əsasında 90 və daha çox bal toplayan şagirdlər və onların fənn müəllimləri ilə görüş keçirilmişdir. Görüş zamanı yüksək nəticə göstərmiş şagirdlərə rəhbərliyin və pedaqoji heyətin təbriki ünvanlanmış, onların nailiyyətində zəhməti olan fənn müəllimlərinə minnətdarlıq edilmişdir.

Hər fənn üzrə uğur faizi yüksək olan şagirdlərlə növbəti təhsil səviyyəsində düzgün iş planının qurulması, həmin şagirdlərə fərdi yanaşılması, fənn olimpiadaları və digər müsabiqələrdə şagirdlərin aktiv iştirakına müəllimlərin dəstək olması tapşırığı verilmişdir.

Fənlər üzrə uğur faizi yüksək olan şagirdlərin və fənn müəllimlərinin infocədvəlini sizə təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi