“Bizim də bir imzamız olsun!”

Xətai rayonu 27 nömrəli tam orta məktəbin tarix müəllimi Sevda Novruzova və rəhbərlik etdiyi 8B sinfinin şagirdləri Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verdilər.Məktəbin həyətində ağac və gül kolları əkərək,”Bizim də bir imzamız olsun!”-dedilər.

Aksiyadan sonra Sevda müəllimə öz təəssüratlarını bizimlə bölüşdü.

O qeyd etdi ki,dünyadakı ekoloji böhran təkcə elmi və texnoloji tərəqqinin nailiyyətləri ilə deyil, həm də təbiətə münasibətdə bir sıra dəyərlərin itirilməsi ilə əlaqədardır. Beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir. Məhz bu səbəbdən

Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamı əsasında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə sosial-iqtisadi inkişafın beş milli prioritetindən biri hesab olunan “Təmiz ətraf mühit və yaşıllıqların artırılması”na dair fəaliyyətlərə nəzər salınmasını fərqləndirə bilərik.

Sevda Novruzovanın sözlərinə görə,ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi bu gün təhsil sistemi qarşısında ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşmasını ciddi bir vəzifə kimi qoyur.

“Bir müəllim kimi borcumuz şagirdlərin təhsil müəssisəsinin ərazisində yaşıllaşdırma işlərinə təşviq olunması, onların ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, onların ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrinə stimullaşdırmaqdır”,-dedi Sevda müəllimə.

Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayırıq,əziz Sevda müəllim!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi