“Professional-emosional yanma sindromu”
Xətai rayonu 27 nömrəli tam orta məktəbin psixoloqları Şəbnəm Hüseynova, Leyla Məmmədova tərəfindən “Professional-emosional yanma sindromu” ilə bağlı aparılan sorğuda emosional yanma dərəcələri yüksək olan müəllimlərlə təlim keçirilib.Təlimdə 3 tapşırıq (Meditasiya, Sonra nə? oyunu, Pritça ilə iş ) yerinə yetirilib. Sonda müəllimlərə psixoloq tərəfindən öz şagirdlərindən hazırlanan videoçarx göstərilib, hədiyyə kartları verilib.
Bir gün deyil, hər gün dəyərli olan müəllimlərimizə bu çətin və şərəfli işdə səbr, əzm və uğurlar diləyirik.