NİŞ üzvləri və müəllimlərlə iclas keçirdi.
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə NİŞ üzvləri və müəllimlərlə iclas keçirdi. İclasda normal iş ahənginin qurulması, təhlükəsiz təhsil mühiti ilə bağlı işlərin gücləndirilməsi istiqamətində, valideynlərin maarifləndirilməsi, məktəbdə həftənin bir gününün təhlükəsizlik günü elan edilməsi, siniflərdə çantalara baxış keçirilməsi, həftə sonunda müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi və valideynlərə rəsmi xəbərdarlıq edilməsi ilə bağlı müzakirələr aparıldı.
Bu istiqamətdə işlərin gücləndirilməsi, müəyyən tədbirlərin görülməsi üçün NİŞ üzvlərinə tapşırıqlar verildi.