Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar məktəblilərlə maarifləndirici görüş keçirilib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərliyi, müəllimlər və istedadlı şagirdlərin iştirak etdiyi görüşə Xətai rayonu 27 nömrəli tam orta məktəbin 9C sinif şagirdi Nicat Gülməmmədli də dəvət alaraq,ekoloji mühitin təmizliyi,ətraf mühitin qorunması istiqamətində şagirdlərin irəli sürdükləri layihələrlə bağlı müzakirələrdə iştirak edib.