Təbrik edirik!

Xətai rayonu 27 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini ,“Əməkdar Müəllim”, fənn üzrə müxtəlif dərsliklərin rəyçisi, Elm və Təhsil Nazirliyi yanında dərsliklərin qiymətləndirilməsi üzrə ekspert Yeganə Məhəmmədovanın doğum günüdür.

Pedaqoji fəaliyyəti dövründə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman”lar ilə təltif olunmuş, pedaqoji sahədə qazandığı uğurlara görə bir çox diplom və sertifikatlara layiq görülmüş, yerli və beynəlxalq kursların iştirakçısı Yeganə Məhəmmədovanın şagirdləri dəfələrlə müsabiqələrin, fənn olimpiadalarının iştirakçısı və qalibi olmuşdur.

Hörmətli Yeganə xanım!

Sizi ömrününüzün kamil çağı, 65 illik yubileyiniz münasibətilə məktəb rəhbərliyi və pedaqoji kollektivi adından ürəkdən təbrik edərək, möhkəm cansağlığı, məsuliyyətli elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirik.

#təhsil

#müəllim

#şagird

#eduaz

#bakıeduaz

#MUTDA

#elmvətəhsilnazirliyi

#məktəb27

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi