"Bilim Bakı Mərkəzi"ndə keçirilən təlim

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 4C, 7E və 9F sinif şagirdləri sinif rəhbərləri Xatirə Qasımova, Elmira Əsgərova və Zülfiyyə Qafarova ilə birlikdə "Bilim Bakı Mərkəzi"ndə keçirilən təlimdə iştirak etdilər. Şagirdlərin maraq dairəsinə uyğun 6 fərqli laboratoriyalarda: Sahibkarlıq, kosmos və aviasiya, dizayn, təbiət elmləri, riyaziyyat, astronomiya, texnologiya laboratoriyalarında keçirilən təlimlərdən şagirdlər böyük zövq aldılar.

“Bilim Bakı Mərkəzi” 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərir.

#fəalməktəb

#virtualməktəb

#sağlamtəhsilmühiti

#məktəb27

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi