Beynəlxalq Layihə -PMS4L WEB-İ International Edition-4th-March 2024
18 mart tarixində Layihələrin idarə edilməsi İnstitutu Təhsil Fondunun (Project Management İnstitute Educational Foundation) dəstəyi və İnstitutun Cənubi İtaliya Nümayəndəliyinin təşkilatçılığı ilə gənc nəslin layihələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması məqsədilə İtaliya və Azərbaycanın qatıldığı "Project Management Skills for Life" (PMS4L) adlı beynəlxalq təhsil layihəsinin açılış mərasimi baş tutdu.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin şagirdləri,2 nömrəli Texniki-Humanitar liseyinin şagirdləri, Sumqayıt İdrak liseyinin şagirdləri və İtaliya orta məktəb şagirdlərinin birlikdə əməkdaşlığı ilə yeni "Project Management Skills for Life" adlı beynəlxalq layihəsinə başlandı.
Layihə çərçivəsində 3 Azərbaycan və 3 İtaliya şagirdindən ibarət 6 nəfərlik komandalar şəklində qrup işləri olacaq . Şagirdlər online görüşlər vasitəsilə onlara verilən mövzu üzrə layihələrin təqdimatını hazırlamalı və müəyyən olunan vaxt çərçivəsində portala yerləşdirməlidirlər.Məqsəd şagirdləri tənqidi düşünməyə,problem həll etməyə və komandada işləməyə təşviq etməkdir.
Layihənin idarə olunması bacarıqlarının formalaşdırılması şagirdlərə öyrənmələrinə nəzarət etməyə imkan verəcək.
Onlar məqsəd qoyur, vaxtlarını idarə edir və layihəni təkmilləşdirərək, öz-özünə öyrənməni təcrübə edirlər.
Qeyd edək ki,layihəyə ingilis dilində yüksək yazı və danışıq qabiliyyəti olan şagirdlər seçilmişdir.
Layihə komandasına uğurlar arzu edir, növbəti illərdə bu cür önəmli təşəbbüslərin sayının artacağına inanırıq.