Kəpənək ömrü yaşayan Əziməmiz.

Yerin əfsanəsi yordu könlümü,

Min bir ağrısıyla sardı könlümü,

Qovub ürəyimə saldı ölümü,

Ölümün özü də sərxoşdu meyə

Götürüb qəlbimi gedirəm göyə…

 

Baxın,mələklərtək mən də uçuram,

Uzaq üfüqlərə qanad açıram,

Riyadan,yalandan,dindən qaçıram,

Canım Yaradanın varlığın öyə,

Götürüb qəlbimi gedirəm göyə…

 

Sevimlimiz Əzimə!  Kəpənəyi çox sevirdin. Hardan biləydin ki, özün də kəpənək ömrü yaşayacaqsan. Gedişinlə acılar çəkdirdin, gözəl balam. Rahat uyu, cənnət mələyimiz! Daim səni sevənlərin xatirəsində yaşayacaqsan.

Allah rəhmət eləsin.

Valideynlərinə, yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı veririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi