A.S.Puşkinlə görüş

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə adi günlərdən birində adi dərslərdən birinə qonaq dəvət olunduq.Çox böyük zövq və maraqla izlədiyimiz 45 dəqiqədə sanki dərsə yox, dünya ədəbiyyatını zənginləşdirən,tərbiyəvi əhəmiyyəti mənəvi “ qida” kəsb edən əsərləri ilə bütün yaş kateqoriyasında olan oxucu kütləsinin zövqünü oxşayan A.S.Puşkinlə görüşə toplaşmışdıq..

“Yevgeniy Onegin”romanının oxusunu yekunlaşdıran 9D sinif şagirdlərinin dərs boyu dahi şairə ünvanlanan maraqlı sualları diqqətimizi cəlb etdi.

Şagirdlərdə mütaliə mədəniyyətinin yaradılması və inkişaf etdirilməsi,bədii əsərin düşünən oxucusu kimi formalaşması istiqamətində uğur qazanmağı bacaran rus dili və ədəbiyyatı müəllimi,filologiya elmləri namizədi Lalə Əliyarzadənin məqsədi də elə ilk növbədə şagirdlərdə fəallığın və müstəqilliyin inkişaf etdirilməsini ön plana çəkmək idi.Bədii mətnə müstəqil münasibətin formalaşması şagirdlərin intellektual və mənəvi-estetik inkişafı üçün zəmin olur. Dərs boyunca şagirdlərdə interpretasiya fəaliyyətinin -özünəməxsus yanaşmanın təşkil edilməsinin vacib olduğunun önə çəkilməsi məhz Lalə müəllimin peşəkarlığı və səriştəliliyinin əsas göstəricisi idi.

Dərsin sonunda məktəbin direktoru Könül xanım Həsənova öz təəssüratlarını bölüşdü,9D sinif şagirdlərinə və Lalə Əliyarzadəyə uğurlar arzuladı.

#fəalməktəb

#VirtualMəktəb

#mütaliə

#dilimiziqoruyaq

#məktəb27

#sağlamtəhsilmühiti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi