“Mənim ana dilim-mənim kimliyim” adlı viktorina

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 10 Mart- Milli Teatr Günü ilə əlaqədar olaraq məktəblilərin Azərbaycan mədəniyyətinə, dilinə, ədəbiyyatına maraq və meylini artırmaq məqsədilə 7A, 7B, 7C, 8B, 8C sinif sagirdləri arasında “Mənim ana dilim-mənim kimliyim” adlı viktorina keçirilmişdir. Bir-birindən maraqlı sualların yer aldığı 5 mərhələdən ibarət yarışmada teatr, incəsənət xadimləri, mədəniyyətimizin müxtəlif sahələrdə baniləri, Azərbaycan dili, ədəbiyyatı, məntiq və dünyagörüş əsaslı sualları cavablandırmaq uğrunda komandalar böyük həvəslə bilik və bacarıqlarını nümayiş etdirdilər. Hər bir mərhələdə komandaların xal hesabı ilə bir-birinə yaxın gərgin mübarizəsində “Qarabağ“ komandası 55 xalla qalib oldu. Qalib komanda sertifikat və kubokla mükafatlandırıldı.

#fəalməktəb

#VirtualMəktəb

#məktəb27

#dilimiziqoruyaq

#sağlamtəhsilmühiti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi