8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün analara. səmimiyyətlə:

ANA

Dünyada ən böyük varlıqdır ana,

Ata dirəkdirsə, çıraqdır ana.

Keşməkeş yollarda yaraqdır ana,

Nur saçan, iz salan bir şamdır ana!

 

Közərən ocaqda ən qaynar oddur,

Yanar dərdimizə, arxa, umuddur.

Görcək bizi , dərd-sərini unudur,

Tükənməz hamidir, imdaddır ana!

 

Qəlbi çox həssasdır, ürəyi incə,

Yaxşını, yamanı seçər analar.

Ən böyük səhvləri keçər analar,

Yaradandır, ulu tanrıdır ana!

 

Yaxşılar-yaxşısı, mələkdir ana,

Ürəkdə xoş arzu, diləkdir ana.

Ömrün hər anında gərəkdir ana,

Ümmandır, dənizdir, dəryadır ana!

 

Qəlbində xoş arzu yaşadır ana,

Yaxşı nə görürsə, oxşadır sana.

Oğul anasıyla yanaşı dursa,

Şahin olsa belə, qanaddır ana!

 

Hamı bilir, anaların dadı nə,

Allah yetsin köməyinə, dadına.

And verirəm Allahın bir adına,

Çatdırın ananı hər muradına!

 

Ümid çırağımdır, həm də gümanım,

Hər dərdimi işarəylə ananım.

Dərdimə əlacım, həm də dərmanım,

Təbiblər-təbibi, loğmandır ana!

 

Qurban anaların "qadın" adına,

Süfrəmizin ən əziz qonağına!

Təbriklər söyləyək biz ünvanına,

Gəlişin toy-büsat, bayramdır ana!

 

Mübarək olsun bu bayram gününüz,

Sizsiz qoy olmasın bir an günümüz!

Döyünən nəbzimiz, görən gözümüz,

Ürəklərin şah damarıdır ana!

 

Bütün övladların borcludur sana,

Varlığın həyat axarıdır, ana!

Övladların dağ vüqarıdır ana,

Önündə yenilməz bir dağdır ana!

 

Xatirə Şahanə

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin müəllimi

Bakı, 28 fevral 1999-cu il

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi