“Xocalı,qisasın alındı!”adlı tədbir

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə ilk dərslər və sinif saatları Xocalı Soyqırımının 32 -ci ildönümünə həsr olundu. Günün sonunda məktəbin akt zalında “Xocalı,qisasın alındı!” adlı tədbir keçirildi.Tədbirdə Xocalı hadisələrində misilsiz şücaət göstərərək son taleyi məlum olmayan Milli Qəhrəman Hikmət Nəzərlinin ailə üzvləri, Xocalı hadisələrində itkin düşən igidimiz Yalçın Əsədovun ailə üzvləri, həmçinin Qarabağ itkinləri İctimai Birliyinin sədri Könül Behbudova, M.S.Ordubadinin Xatirə muzeyinin direktoru Rasimə Əhmədova, valideynlər iştirak edirdilər. Tədbirdə giriş sözü ilə məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək, 32 -ci ildömümü qeyd edilən Xocalı soyqırımı qurbanlarını ehtiramla yad edərək, qalib ölkənin vətəndaşı olmaqdan qürurla söhbət açdı.

Tədbirdə X, VIII, VII, VI sinif şagirdləri maraqlı kompozisiyalarla, şeir və musiqi nömrələri ilə çıxış etdilər. Balaca rəssamların əl işlərindən ibarət sərgi nümayiş olundu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi