Beynəlxalq Ana Dili Günü münasibətilə sinifdaxili müsabiqələr

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 5A və 5C sinfində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə sinifdaxili müxtəlif müsabiqələr həyata keçirilmişdir.

Ana dilinə sevgi və qayğının göstəricisi olaraq 1 fevral tarixindən etibarən 4 mərhələli “Milyonçu” bilik oyunu keçirilmiş, mərhələlər üzrə fərqlənən şagirdlər final mərhələsində iştirak hüququ qazanmışlar. 20 fevral tarixində keçirilən final mərhələsində ən çox doğru cavab vermiş şagird-Mustafazadə Banu qalib elan olunmuş və 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə hədiyyə və Fəxri Fərmanla, final mərhələsinin digər iştirakçıları isə Təşəkkürnamə ilə təltif olunmuşdur.

Ana dilində ünsiyyət və şifahi nitq bacarıqlarının inkişafına həvəs yaratmaq məqsədilə və XXI əsr şagirdlərinin İKT-yə marağını nəzərə alaraq sinifdaxili “Vətənimizi tanıdaq” videomüsabiqəsi təşkil olunmuşdur. Müsabiqənin əsas şərtlərindən birincisi yaradıcı yanaşma və səlis, məzmunlu şifahi nitqin nümayiş etdirilməsi olmuşdur. Müsabiqədə fərqlənən hər bir videotəqdimat Təşəkkürnaməyə, bütün şərtlərə cavab verən videotəqdimatı hazırlayan Alıyeva Ellada və Əliyeva Məryəm isə hədiyyə və Fəxri Fərmana layiq görülmüşdürlər. Müsabiqədə özünəməxsus ideya və yaradıcı yanaşma ilə fərqlənən videotədimatı hazırlayan Aydınova Fəridə də xüsusi hədiyyə və Fəxri Fərmanla mükafatlandırılmışdır.

“Ana dilimizi sevək, sevdirək” mahnısının sədaları ilə başlayan dərs şagirdlərin bu gün haqqında aforizm və şeir nümunələri təqdim etməsi ilə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi