“Nə?Harada?Nə zaman?” oyunu
Xətai rayonu 27 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank”ın dəstəyi və “Təhsil Oyunları Platforması” layihəsinin təşkilatçılığı ilə 6-11-ci sinif şagirdləri arasında intellektual yarış -“Nə?Harada?Nə zaman?” oyunu üzrə Bakı şəhəri açıq Çempionatda iştirak edərək,finala vəsiqə qazandılar.
Komanda üzvləri 8E sinif şagirdləri Vladimir Aprelkov,Suad Balabəyov,8D sinif şagirdləri Ayan Rzayeva,Mədinə Vəlizadə,7E sinif şagirdi Sərxan Quliyev,7Ç sinif şagirdi Fidan Əliyevanı məktəbin müəllim və şagird kollektivi adından təbrik edir,final mərhələsində onlara uğurlar arzulayırıq.