"Project Management Skills for Life" (PMS4L) adlı beynəlxalq təhsil layihəsi
5 fevral tarixində Layihələrin idarə edilməsi İnstitutu Təhsil Fondunun (Project Management İnstitute Educational Foundation) dəstəyi və İnstitutun Cənubi İtaliya Nümayəndəliyinin təşkilatçılığı ilə gənc nəslin layihələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması məqsədilə İtaliya, İspaniya, Türkiyə, Gürcüstan və ilk dəfə olaraq Azərbaycanın qatıldığı "Project Management Skills for Life" (PMS4L) adlı beynəlxalq təhsil layihəsinin bağlanışı olub.
Layihəyə mentor qismində dəstək verən PMP Könüllüləri Gülnar Musayeva, Elçin Eminli, Elnara Kalbaliyeva, İlahə Piriyeva və PMI könüllüsü Nigar Cəfərovaya öz təşəkkürümüzü bildiririk. Xüsusi təşəkkürlərimizi Layihəin təşkilatçıları olan Cuzeppe Kokozza və Aybüke Aslantaşa bildiririk.
Xətai rayonunun 27 nömrəli tam orta məktəb üzrə layihə kordinatoru Xatirə Əhmədova, məktəbin direktoru Könül Həsənova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Sədiyevanın iştirakı ilə layihənin iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.
Layihə komandasına uğurlar arzu edir, növbəti illərdə bu cür önəmli təşəbbüslərin sayının artacağına inanırıq.