Valideynlər ilə mütəmadi görüş

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə məktəbdaxili və ictimai yerlərdə davranış qaydalarına ciddi əməl edilməsinin vacibliyi, bu istiqamətdə ailə, məktəb, polis və digər orqanların birgə fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi mövzusunda valideynlər ilə mütəmadi görüşlər keçirilir.Növbəti toplantıda məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək ümumi təhsil müəssisələrində şagird davranış qaydalarının və valideyn-məktəb münasibətinin vacibliyini , eyni zamanda bu qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurların müəyyən edildiyini bir daha xatırlatdı, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verilməsinin önəmli olduğunu vurğuladı.

#fəalməktəb #virtualməktəb #təhlükəsizmühit #təhlükəsizməktəb #məktəb27

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi