Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası”aylığı çərçivəsində tədbirlər
23 fevral 2017-cı il tarixdə Xətai rayonu 27 saylı tam orta məktəbdə “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı çərçivəsində açıq dərslər keçirildi və sərgi nümayiş etdirildi. 4-cü sinifdə Azərbaycan dili fənnindən Ziyafət Ayvazlının, “Müdrik rəhbər” , 8-ci sinifdə Azərbaycan tarixi fənnindən Sevda Novruzovanın “Bəylərbəylikdən xanlığa”, 11-ci sinifdə Azərbaycan dili fənnindən Səkinə Novruzovanın “Üslubiyyat” bölməsi üzrə “Rəsmi-işgüzar” üslub, 2-ci sinifdə Jalə Mirzəyevanın “Azərbaycanın milli pul əskinasları” mövzusunda açıq dərsləri keçirildi. Dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva , həmçinin Xətai rayon məktəblərinin direktorları və fənn müəllimləri iştirak etdilər. Açıq dərslərdən sonra “Azərbaycan tarixi və etnoqrafiyası, ədəbiyyatı, incəsənəti”adlı sərgi nümayiş etdirildi.Azərbaycanın müxtəlif bölgələri üzrə tarixi eksponatlar, milli sənətkarlıq, dulusçuluq, misgərlik, xalçaçılıq, toxuculuq, geyim, nümunələrindən ibarət guşələr nümayiş etdirildi. Şagirdlər bölgələrin adət-ənənələrini, milli-mənəvi dəyərlərini və tarixi keçmişini əks etdirən eksponatlar və heyrətamiz ifaları ilə sərgi iştirakçılarını heyran qoydular. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ulu öndərin tariximizlə bağlı çıxışını əks etdirən video görüntülərlə başladı. Bölgələrin təqdimatı ardıcıllıqla nümayiş etdirildi. Milli rəqslər, tar, nağara, saz alətlərində şagirdlərin ifaları və xalq yaradıcılığına aid nümunələrin nümayişi bir-birini əvəz etdi. Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət xanım Vəliyeva, məktəbin direktoru Cəmilə xanım Ramazanova və qonaqlar çıxış etdilər.