Ilk dərslər 20Yanvar Hüzn gününə həsr olundu.

1B,1C,1E,3A,4A,4E,7A,8E sinif rəhbərləri Nərmin Ağazadə, Şəhla Budaqova, Jalə Mirzəyeva, Şəhla İsmayılova, Məleykə Ələkbərova, Sevinc Mehdiyeva, Günay Musayeva, Aynur Mürsəlova və UBR Aidə Hacıyeva, kitabxana müdiri Qönçə Ocaqverdiyevanın təşkilatçılığı ilə 19.01.2024 - cü il tarixində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə baglı tədbirlər, sinif saatları keçirildi.

Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Könül xanım Həsənova şagirdlər qarşısında çıxış edərək 20 Yanvar faciəsinin tarixi barədə geniş məlumat verdi.Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə qazanılmış Tarixə Zəfərdən danışdı.

Şagirdlərimiz şeirlər və səhnəciklərlə Vətənimizin milli azadlığı və müstəqilliyi naminə canlarını qurban verən 20 Yanvar şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını nümayiş etdirdilər!

Allah cəmi şəhidlərimizə

rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi