Xətai rayonu 27 nömrəli tam orta məktəbdə ilk dərslər 20Yanvar Hüzn gününə həsr olundu.
Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Könül xanım Həsənova şagirdlər qarşısında çıxış edərək 20 Yanvar faciəsinin tarixi barədə geniş məlumat verdi.Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə qazanılmış Tarixə Zəfərdən danışdı.
Şagirdlərimiz şeirlər və səhnəciklərlə Vətənimizin milli azadlığı və müstəqilliyi naminə canlarını qurban verən 20 Yanvar şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını nümayiş etdirdilər!
Allah cəmi şəhidlərimizə
rəhmət eləsin!