Kiçik Akademiya üzvlərinin I Ümumşəhər konfransı

Geridə qoyduğumuz 2023-cü ilin dekabr ayının 28-də “Heydər Əliyev ili” nə həsr olunmuş Kiçik Akademiya üzvlərinin I Ümumşəhər konfransı keçirilmişdir. Konfransda Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, Ekologiya Nazirliyi, Elmlər Akademiyasının alimləri, məktəb rəhbərləri, Kiçik Akademiya rəhbərləri və Kiçik Akademiyanın fəal şagirdləri və s. iştirak etmişlər. Konfransda qonaqlar ilk öncə layihələrdən ibarət sərgi ilə tanış oldular.Daha sonra isə çıxışlar, təqdimatlar və müxtəlif musiqi nümunələri göstərildi. Kiçik Akademiya üzvləri sertifikatlarla mükafatlandırıldı.

Bu konfransda Xətai rayonu üzrə Kiçik Akademiyanı 13 məktəb bir-birindən zəngin layihələrləri ilə təmsil etmişlər. Məktəbimizi

lX C sinif şagirdi Gülməmmədli Nicat yaratmış olduğu “Alternativ enerji ilə işləyən yeni nəsil avtomobillər” layihəsi ilə sərgidə təmsil etmişdir.Mükafatlandırılanlar arasında bizim şagirdimiz də yer alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi