Maraqlı dərslərimizdən.

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 7Ç sinif şagirdləri sinif rəhbəri Gülnarə Hacıyevanın təşkilatçılığı ilə sinif saatında Yeni il bayramının tarixi haqqında müzakirə apardılar.Öyrəndilər ki,yeni ilin yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Həmçinin öyrəndilər ki,

başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

Şagirdlər sinif saatında Yeni ilin gəlişi,təqvimlərin yaranması,adət-ənənələr haqqında maraqlı məlumatlarla bölüşdülər,öz əlləri ilə əyləncəli qar dənəcikləri hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi