Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Yeganə Məhəmmədova,Uşaq Birliyinin rəhbəri Aidə Hacıyeva,məktəbin kitabxana müdiri Qönçə Ocaqverdiyeva Ümummilli Liderin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı danışıblar. Qeyd edilib ki, dahi rəhbərin xalqa və Vətənə sonsuz sevgisi, Azərbaycan dövlətçiliyinə hədsiz sədaqəti indiki və gələcək nəsillərə böyük örnəkdir. 80 illik mənalı həyatında xalqa xidmət yolunda əsrlərə sığmayacaq qədər böyük tarixi işlər görən, Azərbaycan dövlətinin qurulması və sarsılmaz özüllər üzərində bərqərar olması üçün yorulmadan çalışan ulu öndərin adı tariximizə qızıl hərflərlə əbədi həkk olunub.
Çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil dövlət yaratmaqla bərabər, onun gələcək onillərə hesablanmış inkişaf strategiyasını müəyyən edib, Azərbaycanın qarşısında duran əsas vəzifələri dəqiq göstərib.
Tədbirin bədii hissəsində şagirdlər ifa etdikləri şeir və mahnılarda Ulu Öndərə məhəbbətlərini ifadə etdilər.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.