“İnkişaf və adaptiv fiziki tərbiyə / fiziki fəaliyyət”

Xətai rayonu 27 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Emil Qaybalıyevə növbəti dəfə ASAPES-də “İnkişaf və adaptiv fiziki tərbiyə / fiziki fəaliyyət” mövzusunda keçirilən təlimdə sertifikat təqdim edilib

08 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin (İNİ) birgə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə" çərçivəsində inkişaf və adaptiv fiziki tərbiyə / fiziki fəaliyyət mövzusunda keçirilən təlim kursu iştirakçılarına sertifikatlar verilib.

Layihənin beynəlxalq səviyyəli eksperti, adaptiv fiziki tərbiyə və idman sahəsi üzrə müxtəlif ölkələrdə həyata keçirilən bir sıra layihələrin müəllifi və rəhbəri olan Böyük Britaniyalı mütəxəssis Ken Blek (Ken Black) əvvəlcə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevlə görüşərək görülən işlər və cari proqram haqqında məlumat verib. Mövzu ətrafında qarşılıqlı müzakirələrlə davam edən görüşdə rektor Fuad Hacıyev vurğulayıb ki, bu tip görüşlər idman sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə və layihələrin effektivliyinin artırılmasına nail olmağa kömək edir.

Əsas məqsədi adaptiv fiziki tərbiyə / fiziki fəaliyyət və inklüziv idman sahəsində daha geniş biliyə malik və müasir metodikalara yiyələnmiş mütəxəssislər yetişdirmək olan təlim iştirakçılarına sonda sertifikatlar təqdim olunub və xatirə şəkili çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi