Xətai rayonu 27 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirilmişdir.
Uşaqların təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, uşağa özünü və başqalarını tanımağa kömək etmək barədə keçirilən tədbirdə məktəbin biologiya müəllimləri Mətanət Vəliyeva,Aliyəxanım Rəhimova çıxış edərək,ümumi sağlamlığımızın bir qolu olan reproduktiv sağlamlığın əsasının uşaq yaşlarından qoyulduğu və onun nəticəsinin insanı bütün ömrü boyu təqib etdiyi haqqında ətraflı məlumat verdilər.Həmçinin vaxtında lazımi informasiya almayan gənc qız və oğlanların ailə həyatı qurandan sonra bir sıra problemlərlə üzləşməsi,buna rəvac verən problemlərin əsas səbəbinin nadanlıq,maarifləndirmə işlərinin kifayət qədər olmamasını dinləyicilərin diqqətinə çatdırdılar.Tədbir iştirakçlıarı elə bu məqsədlə də mütəmadi görüşlərin keçirilməsini məqsədəuyğun hesab etdiklərini qeyd etdilər.