VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər keçirilir.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər keçirilir.
Məktəbin biologiya müəllimləri Şəhla Qasımova və Nərminə Məcidovanın təşkilatçılığı ilə oktyabr və noyabr aylarında 8 -ci siniflər üzrə qızlar və oğlanlar ilə ayrıca 2 mövzu “Mən və mənim ailəm” və “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda seminarlar keçirilmişdir. Şagirdlər onları maraqlandıran suallarla çıxış etmiş,öz rəy və təkliflərini səsləndirmişlər.