İstedadları tanıyaq…

6 Ç sinfində musiqi dərsi başlayan kimi Elmira müəllimə və şagird yoldaşlarının təkidi ilə balaca,şirin Nurcahan hökmən pianoda kiçik bir musiqi ifa etməli idi. Barmaqları pianonun şirmayı dilləri üzərində gəzdikcə balaca qızcığaz sanki bu dünyadan ayrılır, özünü haradasa, əsrarəngiz bir diyarda hiss edirdi. O diyarda yalnız güllər, çiçəklər var idi. Bir də musiqi. Könülləri oxşayan musiqi. Həm də bu çiçəklər o çaldıqca açırdı. Musiqinin hər bir notu bir çiçək idi. O çaldıqca sanki çiçəklərin ətri hər tərəfi bürüyürdü. Bu zaman uşaqlar da susur, səslərini çıxarmadan diqqətlə ona qulaq asır, gözlərini də onun barmaqlarından çəkmirdilər. Onların gözlərində olan parıltı musiqinin onların ruhuna necə təsir etdiyindən xəbər verirdi.Musiqi isə dalğalanır, dalğalandıqca onu daha da ilhamlandırır, o da daha artıq həvəslə çalır, onun bu həvəsi uşaqları həyəcanlandırırdı.

Elə bu həvəs,bu ilham onu Uşaq İncəsənət Festivalına gətirdi.Və…..budur:

Nurcahan Mövlayeva “Piano ifaçılığı”üzrə I YERİN QALİBİ!!!

Arzuların səni Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinə gətirdi.

Arzuların hər zaman çin olsun,Nurcahan.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi