İstedadları tanıyaq.

Səsi, xüsusilə də ifası su kimi saf, su kimi ahəngdar, gözəl, axıcı…O, mahnılarını yalnız ifa etmir,onu dinləyən hər kəsi səsinin sehrinə salıb uzaqlara aparır, hər kəsə izaholunmaz ovqat verir, ruhunu oxşayır.Onu məktəbimizdə çoxları tanıyır, çoxları sevir,həmin səsi dinləməkdən doymur... Mən Xətai rayonu 27 nömrəli tam orta məktəbin 11D sinif şagirdi Ayan Bayramovadan söz açıram.

Ayan yenə də bizi sevindirdi.Bu dəfə Heydər Əliyev mərkəzinin səhnəsindən.Uşaq İncəsənət Festivalının laureatı,I YERƏ layiq görülmüş Ayanı bir daha ürəkdən təbrik edir,böyük səhnələrdən o ecazkar səsi ilə daha böyük uğurlara imza atmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi