İstedadları tanıyaq!
Xətai rayonu 27 nömrəli tam orta məktəbin 3D sinif şagirdi Şəfiqə Həsənova Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin mart-sentyabr aylarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak etmişdir. Heydər Əliyev Mərkəzində keçirilən yekun tədbirdə Şəfiqə vokal qrupu nominasiyasında l YERƏ layiq görülmüşdür.
Qılıncoynatma federasiyasının qılıncoynatma üzrə uşaq liqasında da ll yerə layiq görülmüş balaca Şəfiqə həm dərslərində,həm də məktəbdənkənar tədbirlərdə çox fəaldır.Şagirdimizə gələcək təhsil və musiqi karyerasında uğurlar arzulayırıq.