"27 sentyabr Anım günü və 8 noyabr Zəfər Günü” ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Torpaq-üstündə ölən varsa,Vatandır!” adlı tədbir keçirildi.

Şagirdlərimiz Azərbaycan və ingilis dilində çıxış edərək,Azərbaycanın igid oğullarının şərəfli döyüş yolu haqqında fəxrlə,qürurla söhbət açdılar.

İngilis dili müəllimi Nailə Bağırovanın təşkilatçılığı ilə keçirilən möhtəşəm tədbir,qonaqların və digər tədbir iştirakşılarının alqışları ilə qarşılandı.

Məktəbin direktoru Könül xanım Həsənova çıxış edərək, Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən,rəşadətli Ordumuzun 44 gün ərzində mümkünsüzü mümkün edərək Azərbaycan xalqına həddi-hüdudu olmayan sevinc hissi yaşatdığından danışdı,Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi