Sertifikasiyanın test və müsahibə mərhələsindən maksimum NƏTİCƏ
Xətai rayonu 27 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Novruzova Səkinə Vələhməd qızı keçirilən sertifikasiya imtahanından maksimum nəticə göstərib.
Belə ki, Səkinə müəllim müsabiqənin test imtahanı mərhələsindən 57,müsahibə mərhələsindən isə 40 bal toplayıb.
Məktəb rəhbərliyi və pedaqoji kollektiv adından Səkinə müəllimi təbrik edir,pedaqoji fəaliyyətində daim uğurlar arzulayırıq.