“Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 11D sinif şagirdləri sinif rəhbəri Könül Abasovanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisində iştirak etdilər.

Alu məktəblərə qəbul ərəfəsində olan onbirincilər Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları ilə tanış oldular.

Şagirdlərimiz sərgidən zəngin təəssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi