“Beynəlxalq Məktəb Kitabxanaları Günü”
22 Oktyabr “Beynəlxalq Məktəb Kitabxanaları Günü”dür. Beynəlxalq Məktəb Kitabxanaları Günü 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilmişdir.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin kitabxanaçıları oxucularla görüş keçirdi. Yeni nəşr olunan bədii ədəbiyyatın müzakirəsi keçirildi. Şagirdlərin dünyagörüşünün formalaşmasında mütaliənin və oxu vərdişlərinin inkişaf etdirilməsinin böyük rol oynadığı qeyd olundu.