Ümumdünya Kosmos həftəsi.

Ümumdünya Kosmos həftəsi çərçivəsində 27 N -li məktəbdə Kosmik Rənglər master klassı keçirilmişdir. Master klassı həyata keçirən şəxs Kosmik Nəsil Məşvərət şurasının nəzdində Yer tətbiqləri üzrə Kosmos Sahibkarlığı və Texnologiyaları layihələrinin, həmçinin, IAF Kosmik təhsil və təcrübə komitəsinin üzvü Alina Vizireanudur. Tədbir 7-10 yaşlı şagirdlər üçün nəzərdə tutulmuşdur və 3 əsas mövzunu əhatə edir:

1) bəşəriyyət

2) texnologiya

3) kosmik tədqiqat

Master klass ərzində şagirdlər “Kosmos mənim üçün nə deməkdir?” mövzusunda rəsmlər çəkərək öz xəyal güclərini paylaşıblar. Daha sonra isə vərəqlərdən hazırladıqları təyyarə modellərini rəngləyib məktəb ərazisində uçurmaq fürsəti əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi