“Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə”si.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin də cəlb olunduğu “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə” çərçivəsində işçi heyətin növbəti görüşü keçirilib.
Görüşün əsas məqsədi layihənin aralıq mərhələsi üçün adaptiv bədən tərbiyəsi sahəsində təşkil olunacaq təlim kurslarında iştirak edəcək namizəd müəllim və məşqçi-müəllimlər ilə daha yaxından tanış olmaq və kurslar haqqında daha ətraflı məlumat verməkdən ibarət olub.
Məktəbin fiziki tərbiyə müəllimi Emil Qaybalıyevin də iştirak etdiyi görüş zamanı layihə rəhbəri Natiq Qasımov iştirakçılara layihənin məqsədi, görülmüş işlər, sözügedən mövzu üzrə təlim kursu, kursu tədris edəcək beynəlxalq ekspertlər, kursdan sonra təlimatçıların əsas vəzifələri haqqında məlumat verib.