Xətai rayonu 27 nömrəli tam orta məktəbin şagirdləri qürur və fəxr hissi ilə sinif saatlarında 4 Oktyabr Cəbrayıl şəhəri gününü qeyd etdilər.

Xüsusi cidd cəhdlə,həvəslə hazırlaşan siniflərdən biri də Naira Kərimovanın rəhbərlik etdiyi 7 D sinfi idi.

Şagirdlərdən bir neçəsi fəxrlə:Müəllimə mən də Cəbrayıllıyam ,-deyərək,şeirlər söylədilər,Cəbrayılın alınması uğrunda canlarını fəda edən şəhidlərimizin igidliklərindən söhbət açdılar,azad olunmuş kəndlərin,qəsəbələrin adlarını birnəfəsə söylədilər.

Dərsdən sonra yeddincilər məktəbimizin məzunu,şəhid Rüfət Əliyevin yaşadığı evin qarşısında asılmış barelyefin önünə tər qərənfil dəstələri qoyduıar.

#Cəbrayılşəhərigünü

#Cəbrayıl

#QarabağAzərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi