27 saylı tam orta məktəbdə fəaliyyət planına əsasən bu həftə ərzində 20 yanvar hadisələrinə həsr edilmiş müxtəlif səpgili tədbirlər həyata keçirilmişdir.Siniflərdə 20 Yanvar hadisələrinə həsr edilmiş divar qəzetləri və guşələr yaradılmışdır. İbtidai siniflərdə şəhidlərə həsr edilmiş ədəbi –bədii kompozisiya təqdim olunmuşdur Sinif təşkilat saatlarında şagirdlərə 20 Yanvar hadisələri haqqında məlumatlar verilmişdir. .Məktəbin foyesində “Gənc rəssamlar “ dərnəyinin üzvlərinin 20 Yanvar hadisələrini əks etdirən sərgisi açılmışdır. Məktəbin akt zalında şagirdlərə yaradıcılıq dərnəyinin üzvlərinin iştirakı ilə 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş ədəbi- bədii kompozisiya və film təqdim edilmişdir.