Əsgərə məktub
Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Uzanır danışıqlar, imzalanır sənədlər. Xəritədə aləmə göstərilir sərhədlər. Səsimizə səs verir dünya başbilənləri; Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Ümidimiz yalnız sizədir, bizim qəhrəman ordumuz. Biz heç yerə getməyəcəyik, Vətənimizi qoyub heç yerə qaçmayacağıq, öləcəyiksə birlikdə öləcəyik! Bu torpaqda ilk addımlarımızı atmışıq, bu torpaqda babalarımız yatır! Lazım gəlsə, bütün əhali silaha qurşanacaq, lakin bu torpaq bir də heç vaxt yadelli tapdağı qəbul etməyəcək! Bu sətirlər 27 saylı tam orta məktəbin şagirdləri tərəfindən "ASAN Könüllüləri”nin “Əsgərə Məktub!” layihəsi çərçivəsində şanlı əsgərlərimizə yazılan məktublardan sətirlərdir. Onlarla yazılan məktublarda balaca fidanların , bu yaxınlarda əsgər olacaq yeniyetmələrin əllərinin istisi , ürəklərinin hərarəti var......Şagidlərimiz böyük həvəs və könül çırpıntıları ilə yazdıqları məktubuda əsgərlərimizə öz xoş arzularını çatdırdılar.