Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 13.09.2023-cü il tarixində fəaliyyət planına uyğun olaraq pedaqoji şuranın iclası keçirildi.
İclası məktəbin direktoru Könül xanım Həsənova açaraq ,pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə ,həmçinin məktəbin ötən tədris ilində uğurları münasibətilə təbrik etdi, qarşıda duran hədəflərdən söz açdı, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Yeni tədris ilində məktəb kollektivinə və şagirdlərimizə uğurlar arzulayırıq!