Məktəbin tarixində bir ilk!

Məktəbin tarixində bir ilk!

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 11 C məzunu Rəşidli Yusif qəbul imtahanlarından 604 bal toplayaraq UFAZ tələbəsi adını qazanmışdır.

UFAZ Azərbaycan və Fransa Prezidentlərinin 2014-cü ildə irəli sürdükləri çox ambisiyalı bir layihədir.Azərbaycan tərəfindən ölkəmizin ən qədim tarixə malik universitetlərindən biri – ADNSU,Fransa tərəfindən isə nüfuzlu Strasburq Universiteti (Unistra) tərəfindən idarə olunur.

Abituriyentlərinin bilikləri Fransalı alim və pedaqoqlar tərəfindən qiymətləndirilən UFAZ-da ingilis dilində tədris və intensiv fransız dili dərsləri keçirilir və təhsilin sonunda tələbələr Beynəlxalq səviyyədə tanınan ikili diplom(Strasburq Unuversiteti və ADNSU) qazanmış olurlar.

Yusif,Səni məktəb rəhbərliyi və pedaqoji kollektivi adından təbrik edirik.

Əldə etdiyin nailiyyətin böyük əzm və iradənin nəticəsi olduğunu bilir,daha böyük uğurlar qazanmaq üçün dəf edə bilməyəcəyin maneənin olmadığına inanırıq.Yolun açıq olsun!

https://edu.gov.az/az/news-and-updates/14175

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi