Fəxrimizsən Ağamətləb!

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 11A sinif məzunu Əkbərzadə Ağamətləb dünyanın ən prestijli ali təhsil ocaqlarından olan Çin Respublikasının Şanxay şəhərində Jiao Tong Universitetinə qəbul olunmuşdur.

İELTS 8,SAT 1490 balı ilə elektrik və kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazanan Ağamətləb göstərdiyi yüksək nəticələrə görə Çin hökuməti və Şanxay Jiao Tong Universiteti tərəfindən nəinki ödənişsiz təhsil,həmçinin təqaüd və yaşamaq üçün vəsaitlə təmin edilmişdir.

Məktəb illərində hədəflədiyin nöqtəyə çatmağın bizi sevindirdi. Uğurlarının davamlı olacağına inanırıq,Ağamətləb!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi