7Ç sinif şagirdləri Müasir İncəsənət Muzeyində ekskursiyada
Xətai rayonu 27 nömrəli tam orta məktəbin 7Ç sinif şagirdləri sinif rəhbəri Gularə Əliyeva ilə birlikdə əsası XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edən Müasir İncəsənət Muzeyinə ekskursiya etdilər.Axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusu olan ekspozisiyalara şagirdlər çox maraqla tamaşa etdilər.