Kitabxanada keçilən bir dərs.
Mütaliə mədəniyyəti-kitabla işin səmərəli bəhrəsidir.Kitabxana-xalq millət üçün cəmiyyət üçun müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.(Ulu Öndər Heydər Əliyev) Azərbaycan məktəbi öz inkişafının yeni mərhələsində yaşayır. Respublikada hər tərəfli və ahəngdar inkişaf etmiş vətəndaşın tərbiyə edilməsinə böyük diqqət yetirilir. Bütün bu məsələlər “Təhsil qanunu”na uyğun həyata keçirilir. Buna müvafiq olaraq ümumi təhsil məktəb kitabxanası haqqınşerda nümunəvi əsasnamədə qeyd edildiyi kimi məktəb kitabxanası işin struktur hissəsini təşkil edir. Məktəb kitabxanası məktəblilərin elmi-səviyyəsinin yüksəlməsinə çalışaraq, hərbi-vətənpərvərlik, humanist və hərb sahəsində geniş işlər görürlər. Bütün bu keyfiyyətlərə nail olmaq üçün aparılan tədbirlər içərisində sinifdənxaric və məktəbdənxaric müdafiə başlıca rol oynayir.Bu məqsədlə Xətai rayonu 27 sayli məktəbdəorta məktəblilərdə sinifdənxaric oxunuinkişaf etdirmək məqsədilə müxtəlif silsilə tədbirlər keçirilir. Belə silsilə tədbirlərdən biri də V b sinif şagirdləri ilə ədəbiyyat müəllimi Dilavər Rəşidovanın araya-ərsəyə gətirdiyi "Kitabxanada keçilən bir dərs"adlı maraqlı layihə oldu. Müəllim ancaq şagirdlərlə istiqamət vermişdi.Oxunacaq ədəbiyyatı elan etmiş,onlar üzərində işləməyi onların öz öhdələrinə buraxmışdı. Şagirdlər "Ana","Əmək" və "Vətən"adlı qruplara bölünmüş,qrupların adlarına uyğun mövzuda əsərləri oxuyaraq,onları özlərinəməxsus tərzdə təqdim etdilər.Kitabxanada keçirilən bu dərsdə onlar çox maraqlı səhnə mianları quraraq,N.Gəncəvinin "Kərpickəsən kişinin dastanı",Ə.Cəmilin "Can nənə,bir nağıl de!" əsərlərini səhnələşdirmişdilər.Dərsdə şagirdlərin ifasındsa Ana,Vətən mövzusunda müxtəlif şeirlər səsləndi,hazırladıqları video-təqdimatlar maraqla qarşılandı.