Nagıl qəhrəmanları ilə bir gün
Bu gün Azərbaycan məktəbi öz inkişafının yeni mərhələsində yaşayır. Respublikada hər tərəfli və ahəngdar inkişaf etmiş vətəndaşın tərbiyə edilməsinə böyük diqqət yetirilir. Bütün bu məsələlər “Təhsil qanunu”na uyğun həyata keçirilir. Buna müvafiq olaraq Təhsil naziri M.Cabbarovun 16 dekabr 2014-cü il tarixli əmri mühüm əhəmiyyət kəsb edir. Bununla son illər cəmiyyətdə kitaba,mütaliəyə,oxuya olan durgunluq soyuqluğun aradan qalxmasına böyük təkan verdi. Elə bu nöqteyi nəzərdən orta məktəblərdə sinifdənxaric və məktəbənxaric oxunu inkişaf etdirmək məqsədilə müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri Baki şəhəri Xətai rayonu 27 sayli məktəbin 2c sinfində keçirilən "Nagıl qəhrəmanları ilə bir gün"adlı tədbir idi.Tədbir çox maraqlı keçdi.Sinif müəllimi Şəhla İsmayılova uşaqlara əvvəlcədən nağılı oxumağı tövsiyyə etmişdi.Uşaqlar nəinki nağılı oxudu,həmin gün özlərini hətta nağıl qəhrəmanlarının yerində təəvvür etdilər.Onlar nağılla bağlı illüstrasiyalar çəkmiş,hətta onu böyük həvəslə səhnələşdirib,nümayiş etdrdilər.Müzakirələr zamanı onlar " Dost nədir?","Dost kimə deyirlər?","Dostunu de,deyim sən kimsən?"və s. sualları özünəməxsus şəkildə,uşaq təxəyyülü ilə cavablandırmağa səy göstərdilər.