Bəxtiyar Vahavzadə-90

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkminləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Təhsil nazirliyinin bu məqsədlə orta məktəblərdə mütaliəni, sinifdənxaric və məktəbdənxaric oxunu inkişaf etdirmək məqsədilə müxtəlif tədbirlər keçirilir. Belı tədbirlərdən biri Bakı şəhəri Xətai rayonu 27 saylı tam orta məktəbdə keçirildi. Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə 8 və 9-cu sinif şagirdləri tərəfindən hazırlanmışdır. Sinif rəhbəri, ədəbiyyat müəllimi Könül müəllimə şagirdlərlə birgə B.Vahabzadənin həyat və yaradıcılığına, müəllimlik fəaliyyətinə, vətənin və xalqın azadlığı uğrunda mübarizə yoluna nəzər saldılar. Şagirdlər tərəfindən hazırlanmış foto-slaydlar, referatlar,divar qəzetləri geniş marağa səbəb oldu. Şagirdlərin necə həvəslə, maraqla yaradıcı şəkildə iştirak etmələri, çıxışları onlarda kitabxanaya dan mütaliəyə olan maraqdan xəbər verirdi. Geniş müzakirə, disput şəklində keçən bu tədbirdə iştirak edən məktəbin direktoru Cəmilə Ramazanova, direktor müavinləri Ələddin Əliyev,Arzu İbrahimova, ədəbiyyat müəllimləri və kitabxanaçılar B.Vahabzadə yaradıcılığından bəhs edəcək, onun şeirlərində hər bir misranın böyük məna kəsb etdiyini, gələcək nəslə bir örnək olduğunu qeyd etdilər. Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixində öz sözünü demiş, möhürünü vurmuş, əvəz olunmaz şəxsiyyətdir. Bu səbəbdən də B. Vahabzadənin “Bircə ondan razıyam ki özümdən narazıyam” misraları hər bir vətəndaşı düşünməyə, öz hərəkətlərini analiz edərək, irəli getməyə və Azərbaycanın şifahi, inkişafı uğrunda mübarizə etməyə çağırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi