2D sinif şagirdlərimiz 1 saylı Uşaq Evini ziyarət etdilər.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin 2D sinif şagirdləri sevimli müəllimləri Yelena Kislova ilə birlikdə hər kəsə örnək olası bir layihə gerçəkləşdirdilər.1 saylı Uşaq Evini ziyarət edən,həyəcanla uşaqların görüşünə tələsən ikincilər nəvazişlə,qayğı ilə hazırladıqları hədiyyələri körpələrlə bölüşərkən çox təəsirlənmişdilər.Şagirdlərimiz az vaxtda qaynayıb qarışdılar. Dedilər,güldülər,oxudular,oynadılar,əyləndilər.Ayrılmaq zamanı çatdıqda bayaqdan gəlişinə sevinən,onlarla deyib-gülən balacaların simasına qəm-qüssə çökmüşdü. Heç ayrılmaq istəmirdilər. Sanki öz doğmalarını yola salırdılar. Çoxusu bilirdi bayaqkı sevincli anlar müvəqqəti məqamlardı. Onların isə daimi nəvazişə ehtiyacları var. Həm də ata-ana nəvazişinə, valideyn qayğısına...Ümid edirik ki,2D sinif şagirdlərinin xeyirxah addımı çoxlarına nümunə olacaq.