9E sinif şagirdimiz Nigar Səmədzadə ölkəmizi təmsil edən gənc diplomatlar sırasında.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin 9E sinif şagirdi Nigar Səmədzadə ABŞ-ın Nyu-York şəhərində “Birləşmiş millətlər modeli” simulyasiya konfransında ölkəmizi təmsil edən gənc diplomatlardan biridir.
Martın 26-31-dək davam edən simulyasiya konfransın əsas məqsədi BMT-də birləşmiş millətlər modeli (MUN) simulyasiyalarının danışıq prosesini daha dəqiq başa düşülüb çatdırılmasını yoxlamaqdır.
Konfransa dünyanın hər tərəfindən 5500 -dən çox iştirakçı qatılıb.
Nigar Səmədzadə Kanadanı təmsil edərək,ən aktiv iştirakçılara təqdim olunan “Honourable mention“ diplomu ilə təltif olunub.